...

Ədalət Partiyası "Yeni Siyasət" seçki bloku ilə əməkdaşlıq etmək istəyir

Siyasət Materials 27 Dekabr 2005 13:34 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Eldar Namazov Ədalət Partiyasının sədri İlyas İsmayılovla görüşüb. Bu barədə Trend ə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü bildirib.

Partiyanın səlahiyyətlisi bu görüşün ənənəvi xarakter aldığını vurğulayıb. Görüşdə ictimai-siyasi vəziyyətin əsas müzakirə obyekti olduğunu deyən E.Şükürlü iki qurum arasında əməkdaşlıq məsələlərinin də gündəmə gətirildiyini bildirib: "Ədalət partiyası "Yeni Siyasət" seçki bloku ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Ancaq bu əməkdaşlığın formaları müzakirə olunmalıdır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti