...

Misirin baş naziri Azərbaycana dəvət olunub

Siyasət Materials 27 Dekabr 2005 17:05 (UTC +04:00)

Misirin baş naziri Əhməd Nazif Azərbaycana rəsmi səfərə dəvət olunub. Bu barədə Trend ə Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Ağasəlim Şükürov məlumat verib.

Azərbaycan hökuməti adından dəvətnaməni Misirin baş nazirinə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Qahirəyə səfəri zamanı təqdim edib. H.Babayev həmçinin, Əhməd Nazifə onun azərbaycanqlı həmkarı Artur Rasizadənin məktubunu təqdim edib. Məktubda Azərbaycan hökumətinin Misirlə ikitərəfli əlaqələri genişləndirməsində maraq ifadə olunub. Misir hökumətinin rəhbəri və Azərbaycanın iqtisadi inkişaf naziri ikitərəfli əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Tərəflər iqtisadi əlaqələrdə tərəfdaşlığın zəif inkişafının səbbələrini müzakirə ediblər və bir çox sahələrdə uğurlu əməkdaşlıq üçün böyük potensialın olduğunu , əməkdaşlığını prioritet istiqamətlərini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti