...

BMT-nin Uşaq hüquqları komitəsinin 41-ci sessiyasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyən edilib

Siyasət Materials 28 Dekabr 2005 13:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Uşaq hüquqlari komitəsinin 2006-ci il yanvarın 9-27-də Cenevrə şəhərində keçiriləcək 41-ci sessiyasında Birləşmiş Millətlər Təşkilatının (BMT) "Uşaq hüquqları haqqında konvensiya"sı ilə bağlı Azərbaycan hökumətinin 2-ci və 3-cü dövri hesabatlarının müzakirəsi ilə əlaqədar Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi haqqında sərəncam imzalayıb. Trend xəbər verir ki, nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilib:

Nümayəndə heyətinin başçısı - xarici işlər nazirinin müavini Xələf Xələfov.

Nümayəndə heyətinin üzvləri: Baş prokurorun birinci müavini Rüstəm Usubov, ədliyyə nazirinin müavini Toğrul Musayev, daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev, iqtisadi inkişaf nazirinin müavini Mikayil Cabbarov.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti