...

Dövlət Neft Şirkətində yeni idarə yaradılıb

Siyasət Materials 29 Dekabr 2005 13:39 (UTC +04:00)
Dövlət Neft Şirkətində yeni idarə yaradılıb

Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) kadr islahatları çərçivəsində yeni idarə yaradılıb. Bu barədə Trend ə dekabrın 29-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib. "Biz strukturların asayını 8-dən 9-a qədər artırmışıq. ARDNŞ-də sosial məsələlər üzrə idarə yaradılıb. ARDNŞ-in balansında olan bütün sosial obyektlər bu idarənin sərəncamında olacaq. Hər bir idarə öz işi ilə məşğul olmalıdır. Eləcə də neft hasilatı idarələri ineft hasilatı ilə, Neft Emalı Zavodları - neft emalı ilə və s." - deyə o bildirib.

ARDNŞ-in prezidenti həmçinin, bildirib ki, yataqlar, zavodlar və magistral boru kəmərlərinin də daxil olduğu neft obyektlərinin təhlükəsizliyi üzrə idarə yaradılıb. "Biz təhlükəsizliyin səviyyəsinin artırılması və yeni texnologiyanın cəlb edilməsi niyyətindəyik. Əvvəllər hər bir neft obyektinin təhlükəsizlik üzrə öz idarəsi mövcud idi. Lakin biz onların hamısını bir idarədə birləşdirmişik", - deyə o bildirib.

"İnkişafın sürəti kadr islahatlarının aparılmasını tələb edir. ARDNŞ dünya standartlarına cavab verən bir şirkətə çevrilməlidir. Biz dünya təcrübəsini öyrənərək şirkətin səviyyəsini qaldırmağa çalışırıq. Şirkətin hazırki kadrları standartlara cavab versə də, dəyişiklərin aparılması zəruridir", - deyə ARDNŞ prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti