...

Yeni ildə 104 sülhməramlıdan ibarət 3 qrup İraq, Kosovo və Əfqanıstana göndərilib

Siyasət Materials 9 Yanvar 2006 14:45 (UTC +04:00)

Yeni ildə 104 sülhməramlıdan ibarət 3 qrup İraq, Kosovo və Əfqanıstana göndərilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsini icra edən İlqar Verdiyev məlumat verib.

İ.Verdiyevin sözlərinə görə, müdafiə naziri Səfər Əbiyevin əmri ilə Kosovo və Əfqanıstanda xidmət etmiş və hazırda ezamiyyət müddəti başa çatmış sülhməramlı qruplar geri çağırılıb. Əvəzində isə həmin sülhməramlı-hərbçi qruplar yeniləri ilə əvəz olunub. "Yeni sülhməramlılardan 90 nəfəri İraqa, 9 nəfəri Kosovaya, 5 nəfəri isə Əfqanıstana göndərilib", - deyə İ.Verdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti