...

ALP-nin qurultayında sədrlik institutu ləğv edilməyəcək

Siyasət Materials 16 Yanvar 2006 15:18 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) keçirəcəyi növbəti qurultayında bir sıra struktur dəyişikliyi olacaq. Bu barədə Trend ə ALP sədrinin əvəzi partiyanın İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan bildirib.

Ə.Temirxan qeyd edib ki, partiyanın 2006-cı ildə qurultayı olacaq. Qurultaya hazırlıqla bağlı yaradılan təşkilat komitəsinin bu istiqamətdə iş apardığını deyən Ə.Temirxan qurultayda partiyanın sədrlik institutunun ləğv edilib, edilməyəcəyi məsələsinin müzakirəyə çıxarılmayacağını bildirib. Buna ehtiyac olmadığını deyib.

Qurultayın isə bu ilin hansı ayında keçiriləcəyi ilə bağlı dəqiq tarix söyləməyən sədr əvəzi bildirib: "Təşkilat komitəsi işini yekunlaşdırdıqdan sonra bu tarix müəyyənləşəcək".

Xəbər lenti

Xəbər lenti