...

Kəmaləddin Heydərov: İstismar müddəti başa çatmış nəqliyyat vasitələrindən istifadə Azərbaycan sürücülərinin həyatı üçün bilavasitə təhlükə törədir

Siyasət Materials 30 Yanvar 2006 15:19 (UTC +04:00)
Kəmaləddin Heydərov: İstismar müddəti başa çatmış nəqliyyat vasitələrindən istifadə Azərbaycan sürücülərinin həyatı üçün bilavasitə təhlükə törədir

10-15 il bundan əvvəl Azərbaycana MDB ölkələrində gətirilimiş nəqliyyat vasitələrinin əksəriyyəti sürücülərin həyataı üçün bilavasitə təhlükə doğurur və respublikanın ekologiyasına ziyan vurur. Trend in ATV telekanalına istinadən yaydığı məlumata görə, bu barədə yanvarın 30-da jurnalistlərlə söhbətində Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov bəyan edib. Bu zaman o, istifadə olunmuş avtomobillərin gətirilməsi üçün vergi rüsumlarının sərtləşdirilməsi sistemi, eləcə də mühərriklərin istismar müddətindən asılı olaraq idxal vergilərinin artırılması barədə məlumatları şərh edib.

"Yol polisi texniki cəhətdən nasaz olan avtomobil vasitələrin istismarına icazə verimir. Hətta yeni avtomobillər ildə bir dəfə texniki nəzarətdən keçməlidirlər",- deyə K. Heydərov bildirib. O qeyd edib ki, prinsipcə, bu məsələ Azərbaycanın gömrük xidmətinin deyil, polisin səlahiyyətlərinə aiddir.

"Qərarın layihəsində, bu nöqteyi-nəzər, şübhəsitz ki, nəzərə alınacaq. Hərçənd ki, biz əhalinin sosial şəraitinn müdafiəsinə cavabdeh olan dövlət instansiyaları ilə də məsləhətləşmələr aparırıq", - deyə Dövlət Komitəsinin sədri bildirib və qərarın yekun variantında həm də qonşu dövlətlərin təcrübəsi nəzərə alınacaq.

Xəbər lenti

Xəbər lenti