...

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Siyasət Materials 30 Yanvar 2006 17:54 (UTC +04:00)

Yanvarın 30-da Respublika Baş Prokurorluğunda rəhbər heyətin, məhkəmələrdə dövlət ittihamının müdafiəsi üzrə prokruorluğun müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə geniş əməliyyat müşavirəsi keçirilib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Müşavirəyə sədrlik edən baş prokuror Zakir Qaralov çıxışında dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" imzaladığı Fərmanları yüksək qiymətləndirib.

Baş prokuror bu Fərmanın məhkəmə sisteminin müasirləşdirilməsində xüsusi əhəmiyyəti olduğunu vurğulayıb və qeyd edib ki, həyata keçiriləcək tədbirlər regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquqi yardıma olan tələbatının ödənilməsi, vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına təminat verəcəkdir.

Daha sonra məhkəmələrdə dövlət ittihamının müdafiəsini həyata keçirən qurumların əldə etdiyi müsbət iş göstəriciləri müzakirə olunub. O cümlədən, 2005-ci ildə birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş apellyasiya protestlərinin 68,3 faizinin, apellyasiya məhkəmələrinin qərarlarından isə verilmiş kassasiya protestlərinin təqribən 60 faizinin təmin olunmasına dair statistik məlumatlar müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Müşavirədə məlum Fərmanın tələblərinə müvafiq olaraq Məhkəmə Hüquq Şurası və Respublika Ədliyyə Nazirliüi ilə əlaqəli şəkildə bu sahədə işin duzgun təşkili üçün həyata keçirməli olan tədbirlər və qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, bu məsələlərin həlli ilə əlaqədar Baş Prokurorluğun xüsusi komissiyası yaradılıb.

Xəbər lenti

Xəbər lenti