...

Abbas Abbasov: "Vladimir Putin Bakıya fevralın ikinci ongünlüyundə gələcək"

Siyasət Materials 1 Fevral 2006 11:49 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin fevralın ikinci ongünlüyündə Bakıya gələcək. Səfər zamanı ikitərəfli əməkdaşlıq üzrə bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulub. Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov məlumat verib.

"Səfərin gündəliyinə bir çox məsələlər daxildir. Xüsusilə, milli sərginin, Rusiya-Azərbaycan iqtisadi forumunun keçirilməsi nəzərdə tutulub", - deyə baş nazirin müavini qeyd edib. Onun sözlərinə görə, fevralın 20-də hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasının keçirilməsi də planlaşdırılır.

A.Abbasov, həmçinin, onu da qeyd edib ki, rəsmi Moskvanın Polad Bülbüloğlunun Azərbaycanın RF-dəki səfiri seçilməsinə müsbət reaksiyası hər iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti