...

"Bizim Azərbaycan" blokuna yeni sədr seçiləcək

Siyasət Materials 1 Fevral 2006 13:56 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku fevralın 4-də keçirəcəyi növbəti toplantısında yeni sədrini seçəcək. Bu barədə Trend ə adıçəkilən blokun sədri İslam Demokrat Partiyasının (İDP) lideri Tahir Abbaslı bildirib.

Qeyd edək ki, yeni əsasnaməyə görə bloka sədrlik rotasiya üsulu ilə həyata keçirilir. İDP rəhbərinin bloka sədrlik vaxtı yanvar ayında başa çatıb. Dekabr ayında isə bu vəzifəni Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev yerinə yetirib.

T.Abbaslı onu da bildirib ki, Müsavat Partiyası və ona müttəfiq olan digər partiyalar blokdan çıxarılıblar: "Əsasnaməyə görə blokun 5 iclasında iştirak etməyən partiya avtomatik olaraq blokdan xaric edilir. Müsavat və ona yaxın partiyalar bu mövqedən çıxış etdiklərindən bizimlə bir yerdə deyillər".

Xəbər lenti

Xəbər lenti