...

Təkrar seçkilərə qoşulmaqla bağlı Müsavat Partiyasında fikir ayrılığı yaranıb

Siyasət Materials 1 Fevral 2006 15:54 (UTC +04:00)

Müsavat Partiyasının 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edib etməməsi ilə bağlı başqan müavinləri və Divan üzvləri arasında fikir ayrılığı yaranıb. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Arif Hacılı bildirib.

Qeyd edək ki, adıçəkilən məsələ partiyanın Məclisinin fevralın 5-də keçiriləcəyi toplantısında müzakirə ediləcək. Başqan müavinlərindən Arif Hacılı, Rauf Arifoğlu, Vurğun Əyyub və Arzu Səmədbəyli sözügedən məsələnin müsbət, Sülhəddin Əkbər, Mehman Cavadoğlu, İbrahim İbrahimli və Qabil Hüseynli isə əksinə həll olunması tələbi ilə çıxışlar edib.

A.Hacılı bildirib ki, Məclisin əksəriyyəti məlum məsələ ilə bağlı qəbul ediləcək qərarı mütləq dəstəkləyəcək: "Şəxsən mənim mövqeyim Məclisin qəbul edəcəyi qərardan asılı olacaq. Əgər partiya təkrar seçkilərdə iştirak etməklə bağlı qərar verərsə onda mən namizəd olduğum 110 saylı seçki dairəsində məsləhətləşmələr aparacam. Məqsədim təkrar seçkilərə qoşulmazdan öncə araşdırma aparmaq, seçkilərdə qələbə qazanıb qazanmayacağımı bir daha dəqiqləşdirmək olacaq".

Başqan müavini onu da bildirib ki, təkrar seçkilərə qatılıb qatılmamaqla bağlı partiyanın verəcəyi hər hansı bir qərar Müsavatın siyasi fəaliyyətinin yeni mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti