...

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi mart ayında sədr seçkisi keçirəcək

Siyasət Materials 1 Fevral 2006 19:54 (UTC +04:00)

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (GHB) 2006-cı ilin mart ayında öz hesabat-seçki konfransını keçirəcək. Bu barədə Trend ə GHB-nin mətbuat xidmətindən bildiriblər.

Konfransda təşkilatın 20058-ci ildə gördüyü işlər barədə birliyin sədri Nadir Adilov tərəfindən konfrans iştirakçılarına hesabat veriləcək. Konfrans üzvləri tərəfindən birliyin ötən il fəaliyyətinə qiymət vermək üçün birliyin İdarə Heyətinin tərkibi təsdiqlənəcək və heytin yeni üzvləri seçiləcək. Bununla yanaşı GHB-nin növbəti fəaliyyətinə rəhbərlik etmək üçün sədr seçkisi də keçiriləcək.

Artıq bu məqsədlə təşkilat komitəsi yaradılıb və təşkilat komitəsi GHB-nin 8-ci konfransına nümayəndələrin seçilməsi və konfransda müzakirə olunacaq məsələlərin siyahısını dəqiqləşdirir.

Xəbər lenti

Xəbər lenti