...

Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək

Siyasət Materials 3 Fevral 2006 11:09 (UTC +04:00)

Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək. Bu barədə Trend ə Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasından bildirilib.

"Hərbi qulluqçuların statusu haqqında" qanuna edilən dəyişiklikdə hərbi qulluqçulara hər il məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsi, müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyaların məbləğinin artırılması nəzərdə tutulub.

Kompensasiya hərbi qulluqçuya şərti maliyyə vahidi məbləğinin 25 mislindən, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizindən az olmayaraq veriləcək. Bundan əlavə qanunda hərbi qulluqçular üçün yaşayış sahələrinin, eləcə də xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən bu məqsədlər üçün ayrılan vəsait hesabına həyata keçirilməsi də öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti