...

ADP-nın Babək rayon təşkilatıfnın sədri Cəlal Həsənov istefa verib

Siyasət Materials 3 Fevral 2006 12:18 (UTC +04:00)

ADP-nın Babək rayon təşkilatıfnın sədri Cəlal Həsənov mətbuat konfransı keçirərək partiya sədrliyindən istefa verdiyini bildirib. O, həmçinin, partiya sıralarını tərk etdiyini deyib. Bunun səbəbəini partiyadaxili çəkişmə və parçalanmanın olduğunu göstərib. C.Həsənov onu da deyib ki, müxalifət Azərbaycan xalqını xoş gələcəyə aparmaq iqtidarında deyil. "Müxalifətin sabah nə edib- etməyəcəyini bizə məlum deyil". Onun sözlərinə görə, ADP partiyasının ideyaları cəmiyyətə dağıdıcı psixologiyası aşılayır.

"1993-cü ildən partiya üzvüyəm. 2001-ci ildə isə Babək rayon ADP-nin sədri seçildim". Partiya bu gün C.Həsənovun dediyinə görə, partiyanın ideyaları onu qane etmir. O deyib ki, 40 yaşım var, partiya sıralarını tərk etməkdə heç kim mənə təzyiq etməyib, edə də bilməz. Siyasi fəaliyyətimi hakim partiya sıralarında davam etdirmək fikrindəyəm".

Xəbər lenti

Xəbər lenti