...

Asim Mollazadə: "Müsavat Partiyasının parlamentdə iştirak etməsi düzgün qərardır"

Siyasət Materials 6 Fevral 2006 16:58 (UTC +04:00)

"Hər bir siyasi partiyanın əsas vəzifələrindən biri və fəaliyyət istiqamətləri seçkilərdə iştirak etmək və parlamentdə təmsil olunmaqdan ibarətdir".

Bu fikirləri Trend ə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib. O, Müsavat Partiyasının parlamentin iclaslarında iştirak etmək barədə qərarına münasibət bildirərkən deyib ki, partiyanın bu addımı düzgün qərardır. Müsavatçı deputatların parlamentdə müxalifətin roluna müsbət təsir göstərib-göstərməyəcəyinə gəldikdə isə, Asim Mollazadə deyib ki, bu, onların öz platformalarını, ideya və konsepsiyalarını ortaya qoyduqdan, müəyyən fəaliyyətlərindən sonra məlum olacaq.

"Bizim onlarla baxışlarımızda bir qədər fərqlər var. "Azadlıq" blokundan olan deputatların seçki platformaları hər kəs üçün aydın olduqda və fəaliyyət istiqamtləri müəyyənləşdikdən sonra onların roluna qiymət vermək olar", - deyə A.Mollazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti