...

Nardaranda etiraz aksiyası keçirilib

Siyasət Materials 7 Fevral 2006 18:51 (UTC +04:00)

Fevralın 7-də Bakı şəhəri Nardaran qəsəbəsində Danimarka jurnallarından birində Məhəmməd Peyğəmbərin təhqir olunması ilə əlaqədar etiraz aksiyası keçirilib.

Trend məlumat verir ki, peyğəmbərin təhqir olunması faktı pislənilib. Aksiyada həmçinin dünya müsəlmanlarının bu cür hallara qarşı birlik nümayiş etdirməsinə və Peyğəmbərin təhqir olunmasına layiqli cavab verilməsinə dair qətnamə səsləndirilib.

Bundan əlavə, aksiyada yanvarın 26-da Nardaranda baş vermiş məlum qanlı olayla əlaqədar həbsə alınan 2 nəfər qəsəbə sakinin azadlığa buraxılması ilə bağlı tələblər də səsləndirilib.

Xəbər lenti

Xəbər lenti