...

Məşvərət Məclisi MSK-nın yeni tərkibinin ədalətli olduğu qənaətindədir

Siyasət Materials 8 Fevral 2006 18:01 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin ədalətli formada təşkil olunduğu qənaətindədir. Bu barədə Trend ə adıçəkilən qurumun sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdən sonra MSK-nın tam formalaşdırılması ilə bağlı qərar alqışlanmalıdır: "Bu onu göstərir ki, iqtidar seçki administrasiyasının tam formalaşması üçün təkrar seçkilərin nəticələrini də nəzərə alacaq". M.Əlizadə onu da vurğulayıb ki, hakimiyyətin belə bir mövqedən çıxış etməsi seçkilərin demokratik və ədalətli keçiriləcəyinə əsas verir.

Məşvərət Məclisinin sədri onu da bildirib ki, quruma daxil olan partiyalar da təkrar seçkilərdə iştirakla bağlı qərar verib: "Artıq bir neçə seçki dairəsi üzrə namizədlərimizi müəyyənləşdirmişik. 42 saylı Sumqayıt ikinci və 103 saylı Gədəbəy seçki dairələrində Demokratik Azərbaycan Dünyası Partiyasının nümayəndələri, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən isə Respublikaçılar Partiyasının sədri Sübut Əsədov namizədliyini verəcək. Digər dairələr üzrə də məsləhətləşmələr aparılır".

Xəbər lenti

Xəbər lenti