...

Azərbaycan prezidenti fevralın 9-da Parisə yola düşür

Siyasət Materials 8 Fevral 2006 20:34 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev gözlənildiyi kimi, fevralın 9-da Parisə yola düşür. Bu barədə Trend ə eksklyuziv olaraq Azərbaycan Prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, səfərin təsdiq olunmuş gündəliyi yoxdur, amma Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesi çərçivəsində Ermənistan prezidenti Robert Köçəryanla danışıqların əsas günü fevralın 10-u olacaq. N.Məmmədovun ehtimalına görə, danışıqlar formatı "yerində" müəyyən ediləcək.

N.Məmmədovun sözlərinə görə, İ.Əliyevin Fransa prezidenti Jak Şirakla ayrıca görüşünün keçiriləcəyi gözlənilir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşmələr də planlaşdırılır. Bu, erməni həmkarı ilə görüşədək və zərurət yaranarsa görüşdən sonra keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti