...

Milli Məclisin spikeri Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Siyasət Materials 8 Fevral 2006 21:28 (UTC +04:00)

Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TMBB) sədri Bülənt Arıncla görüşüb. Trend xəbər verir ki, spikerlərin və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra birlikdə mətbuat konfransı düzənlənib.

TMBB sədri B.Arınc iki qardaş dövlətin bir-birinə yaxınlaşmasında parlamentlərin rolunun böyük olduğunu bildirib. B.Arınc O.Əsədovla görüşündə Dağlıq Qarabağ problemnin həlli ilə bağlı məsələlərin də müzakirə olunduğunu qeyd edib. TMBB sədri Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin mümkün olduğunu qeyd edib. O, Türkiyənin Cənubi Qafqazda sülhün bərqərar olunmasının istədiyini bildirib.

TMBB sədri Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlığın bundan sonra da genişlənəcəyini və iki dövlətin parlamentləri arasında əlqalərin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

Milli Məclisin spikeri Oqtay Əsədov da öz növbəsində bu səfərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti