...

Cənubi Qafqaz ölkələri parlamentarilərinin Tbilisi konfransı yekun qətnamə qəbul edilmədən başa çatıb

Siyasət Materials 9 Fevral 2006 18:34 (UTC +04:00)

Fevralın 9-da Cənubi Qafqaz ölkələri parlamentarilərinin Tbilisi konfransı yekun qətnamə qəbul edilmədən başa çatıb. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik və demokratik islahatlar məsələlərinə həsr olunan konfransın ümumi qətnamənin qəbul edilməsi ilə başa çatdırılması planlaşdırılsa da, qəbul edilməyib. E. Poluxovun məlumatına görə, Azərbaycanın nümayəndə heyətinin sədri, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov qətnamənin mətninə " konfransda iştirak edən dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanınması" barədə bəndin daxil edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin təşkilatçılar Azərbaycan tərəfinin təşəbbüsünü mətnə daxil etməkdən imtina ediblər və bunu konfransın digər iştirakçısı olan Erməçnistanın bunun əleyhinə çıxış etməsilə izah ediblər. Nəticədə yekun sənəd qəbul edilməyib.

Xatırladaq ki, "Əməkdaşlıq üzrə islahatlar və strategiya" konfransı Corc Marşal Mərkəzi və Gürcüstan parlamenti ilə birgə təşkil edilib.

Cənubi Qafqaz və Baltik ölkələri üçün nəzərdə tutulan konfransda parlamentin milli təhlükəsizlik məsələləri siyasətində, silahlı qüvvələrə nəzarət və demokratik islahatlarda iştirakı kimi mövzularda fikir mübadiləsi aparılıb.

E.Poluxovun sözlərinə görə, konfrans başa çatdıqdan sonra Azərbaycanın nümayəndə heyətini Cürcüstanın baş naziri Zurab Noqaideli qəbul edib. Görüşün gedişində Gürcüstanda yaşayan azərbaycanlıların problemləri qaldırılıb, onların problemlərinin həlli məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini də nəzərdən keçiriblər.

Gürcüstana səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Tbilisidə Gürcüstan paytaxtında yaşayan həmvətənləri ilə gjörüşüblər. Bu gün axşam nümayəndə heyəti vətənə yola düşüb.

Xəbər lenti

Xəbər lenti