...

Azərbaycanın müdafiə naziri Çin Xalq Respublikasının ölkəmizdəki səfirini qəbul edib

Siyasət Materials 10 Fevral 2006 15:07 (UTC +04:00)

Fevralın 10-da müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çyan Xayçjounu qəbul edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş tanışlıq xarakteri daşıyıb. Səfər Əbiyev səfiri yeni təyinatı ilə təbrik edib və Azərbaycan-Çin münasibətlərinin inkişaf etdirilməsində ona uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti