...

AŞPA-nın Monitorinq Komitəsində təkrar seçkilərdə müşahidəçilik məsələsi müzakirə olunacaq

Siyasət Materials 13 Fevral 2006 15:56 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq komitəsinin martın əvvəlində keçiriləcək iclasında Milli Məclisə təkrar seçkilərdə müşahidəçilik məsələsi müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Müşahidə missiyasına yenə də Leo Platvoyetin rəhbərlik edəcəyi güman olunur.

Noyabrın 6-da keçirilmiş seçkiləri AŞPA-dan 47 nəfərlik müşahidə qrupu məhz onun rəhbərliyi ilə izləmişdi. S.Seyidovun sözlərinə görə, təkrar seçkilərin də tam demokratik və şəffaf keçirilməsi Azərbaycan üçün olduqca vacibdir. Çünki seçki məsələsi ölkəmizin imicinə təsir göstərən mühüm amillərdəndir. Mərkəzi Seçki Komissiyasının və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin tam tərkibi də təkrar seçkilərdən sonra formalaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti