...

Səfər Əbiyev Slovakiyanın hərbi attaşesini qəbul edib

Siyasət Materials 14 Fevral 2006 12:48 (UTC +04:00)

Fevralın 14-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Slovakiya Respublikasının Rusiya Federasiyası və eyni zamanda Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi polkovnik İvan Bellanı qəbul edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş tanışlıq xarakteri daşıyıb. Müdafiə naziri hərbi attaşeni yeni təyinatı ilə təbrik edib və Azərbaycan-Slovakiya hərbi əlaqələrinin inkişaf etdirilməsində ona uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti