...

Millətçi Demokratlar Hərəkatı partiyalarla əməkdaşlıqla bağlı danışıqlar aparacaq

Siyasət Materials 14 Fevral 2006 18:09 (UTC +04:00)

Millətçi Demokratlar Hərəkatı (MDH) millətçilik ideologiyasına xidmət edən siyasi partiyalarla əməkdaşlıq etməklə bağlı fevralın 14-də İdarə Heyətinin keçirdiyi toplantıda qərar qəbul edib. Bu barədə Trend ə MDH-nın təsisçilərindən olan Tofiq Seyidov bildirib.

T.Seyidov qeyd edib ki, bu istiqamətdə danışıqlar aparmıq üçün İdarə Heyətinin üzvlərinə müvafiq göstərişlər verilir: "Toplantıda təşkilat məclisinin formalaşdırılması ilə bağlı layihə təsdiqlənib. Xocalı soyqrımının ildönümü ilə bağlı AMİP-in start verdiyi "Sükutu birlikdə pozaq" kampaniyasına qoşulmaqla bağlı qərar da qəbul etdik".

T.Seyidov onu da vurğulayıb ki, hərəkata üzv olan siyasi partiyalar ayrı-ayrılıqda 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirakla bağlı qərar qəbul etdikdən sonra bu məsələ İdarə Heyətində müzakirə olunacaq: "Hərəkat təkrar seçkilərə qatılan namizədlərə dəstək verəcək".

Xəbər lenti

Xəbər lenti