...

ADP-nin rayon təşkilatları fəaliyyətlərini dayandıra bilər

Siyasət Materials 15 Fevral 2006 12:25 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) bir neçə rayon təşkilatı hakim Yeni Azərbaycan Partiyasına (YAP) keçiblər. Bu barədə Trend ə ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib.

H.Rüstəmov bunu 2005-ci il 6 noyabr parlament seçkilərindən sonra partiya daxilində yaranan vəziyyətlə əlaqələndirib. O bildirib ki, YAP-a keçən ADP-nin Yardımlı və Babək rayon təşkilatları seçkilərdən sonra fəaliyyət göstərə bilməyiblər. ADP sədrinin müavini adıçəkilən rayonlarda yenidən təşkilatların yaradılacağını və yenidən konfranslar keçirilib sədrlər təyin olunacağını söyləyib. H.Rüstəmov partiyanın bəzi rayon təşkilatlarının fəaliyyətindən də gileylənib. Qeyd edib ki, Nəsimi rayon təşkilatı partiyanın Ali Məclisindən çıxarılan Aydın Quliyevin bir növ inhisarına çevrilib.

H.Rüstəmov onu da bildirib ki, partiyanın Qazax və Lənkəranda isə təşkilatlanma zəif aparılıb: "Bu rayonlarda partiyamızın yalnız özəkləri var. Üzvlərimizin aktivsizliyi nəticəsində rayon təşkilatlarımız istənilən səviyyədə fəaliyyət göstərə bilmirlər". ADP rəsmisi onu da vurğulayıb ki, vəziyyət belə davam edərsə, rayon təşkilatları fəaliyyətlərini dayandıra bilərlər.

Xəbər lenti

Xəbər lenti