...

Bakı Şəhər İcra Hakimiyyəti Milli Demokrat Partiyasının piketinə izacə verməyib

Siyasət Materials 15 Fevral 2006 13:23 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının fevralın 16-da Ədliyyə Nazirliyinin binası qarşısında piket keçirməsinə icazə verməyib. Bu barədə Trend ə partiyanın sədri İsgəndər Həmidov məlumat verib.

Fevralın 15-də Bakı Şəhər İcra Hakimiyyəti partiyanın müraciətinə cavab olaraq iki məktub təqdim edib. Məktubun birində paytaxt rəhbərliyi Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzasıyla yazılmış digər məktubda isə bildirilib ki, Milli Demokrat Partiyasının qeydiyyat məsələsinin araşdırılması üçün Ədliyyə Nazirliyinə müraciət edilib. Hacıbala Abutalıbov Ədliyyə Nazirliyindən xahiş edib ki, AMDP-nin qeydiyyat problemi araşdırılsın və partiyaya müvafiq cavab verilsin.

Xəbər lenti

Xəbər lenti