...

QAT Xocalı mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət etməyəcək

Siyasət Materials 18 Fevral 2006 14:46 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət göndərməyəcək. Bu barədə Trend ə QAT-ın sədri Akif Nağı məlumat verib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti QAT-ın müraciətinə müsbət cavab verməyib. Akif Nağı bildirib ki, fevralın 26-da saat 12.00-da Xətai metrosu yaxınlığındakı "Ana fəryadı" abidəsinin önündə mitinq keçirməyə cəhd göstərəcəklər.

QAT sədri Azərbaycan tarixində ən qanlı qətliam olan Xocalı soyqırımının ildönümünün qeyd olunması və mitinqin heç bir siyasi xarakter daşımamasnı əsas gətirərək aksiyaya icazə verilməməsini məntiqsizlik kimi qiymətləndirib. Buna görə də yenidən rəsmi icazə almaq üçün müraciət etmək fikrində olmadığını deyib.

Xəbər lenti

Xəbər lenti