...

GUAM-ın milli əlaqələndiriciləri Bakıda toplaşacaq

Siyasət Materials 20 Fevral 2006 13:54 (UTC +04:00)

Fevralın 21-də Bakıda GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) milli əlaqələndiricilərinin görüşü keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

Təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşdə GUAM-a üzv olan ölkələrin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.

Onların arasında GUAM-ın beynəlxalq təşkilat statusu alması üçün sənədlərin hazırlanması, regional energetika təhlükəsizliyi məsələləri, nəqliyyat dəhlizlərinin inkişafı, GUAM-ın Ukraynada nəzərdə tutulan növbəti sammitinin keçirilməsi məsələləri də var. Gündəlikdə duran daha bir məsələ münaqişələrin nizamlanması üzrə birgə mövqeyin hazırlanmasıdır.

Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.

XİN-dən görüşün işçi xarakteri daşıdığı və qapalı keçiriləcəyi bildirib.

Xəbər lenti

Xəbər lenti