...

BAXCP Avropa Parlamentinin Culfa rayonunda erməni qəbristanlığının dağıdılması ilə bağlı qətnaməsini pisləyib

Siyasət Materials 20 Fevral 2006 18:57 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropa Parlamentinin Naxçıvanın Culfa rayonunda erməni qəbristanlığının dağıdılması ilə bağlı qəbul etdiyi qətnaməni pisləyib. Trend xəbər verir ki, bu məsələ BAXCP-nin İdarə Heyətində keçirilən növbəti toplantısında müzakirə olunub.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Avropa Parlamenti fevralın 16-da Fransanın Strasburq şəhərində keçirilən toplantısında qərar qəbul edib.

Toplantı iştirakçıları qeyd ediblər ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində böyük tarixə malik olan abidələri ermənilər uzun müddətdir dağıdır və ya özününküləşdirir. Bununla bağlı ölkə ictimaiyyəti və müvafiq dövlət strukturları tərəfindən beynəlxalq təşkilatlara dəfələrlə müraciət olunmasına baxmayaraq bu günədək hər hansı bir sanksiya tətbiq olunmayıb.

BAXCP bəyan edib ki, Azərbaycan ərazilərində olan çox kiçik saylı erməni abidələri hər hansı bir formada dağıntıya məruz qalmayıb. Bu gün də Bakı şəhərində erməni qəbristanlığı özünün əvvəlki formasını qoruyub saxladığı halda, işğal olunan ərazilərdə, o cümlədən tarixən Azərbaycan torpağı olan Göyçə, Zəngəzurda azərbaycanlılara məxsus qəbirlər kütləvi şəkildə dağıdılıb. Belə ikili standartlar dünyada haqqın və ədalətin, bütövlükdə Güney Qafqazda isə sülhün bərqərar olunmasına qəti şəkildə mane olur.

Xəbər lenti

Xəbər lenti