...

Ziya Məmmədov: "Martın 15-də Nəqliyyat nazirliyi Bakıda yeni körpünün inşasına başlayacaq"

Siyasət Materials 22 Fevral 2006 16:00 (UTC +04:00)
Ziya Məmmədov: "Martın 15-də Nəqliyyat nazirliyi Bakıda yeni körpünün inşasına başlayacaq"

"Nəzərdə tutulmuş 9 yol keçidindən 6-nın inşası layihəsi hazırlanıb və Bakıda yeni körpülərin inşası ilə məşğul olacaq təşkilatlar müəyyənləşdirilib". Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 22-də nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ölkə prezidentinin müvafiq fərmanını yerinə yetirmək məqsədilə nazirlik tərəfindən fəal işlər aparılır. Paralel olaraq Nazirlər Kabinetində baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Xüsusi Komissiya yaradılıb.

"Bakıda birinci körpünün inşasına martın 15-dən gec olmayaraq Əzizbəyov dairəsində başlanacaq", - deyə nazir qeyd edib.

İlkin mərhələdə hökumət işlərin vaxtında yerinə yetirilməsi üçün $16 mln ayırıb. "Layihənin icraçıları əsasən, yerli şirkətlər olacaq, lakin layihənin geniş olmasını nəzərə alaraq xarici şirkətlərin də cəlb edilməsi nəzərdə tutulur", - deyə Z.Məmmədov bildirib.

Z.Məmmədovun sözlərinə görə, hazırda "taksi"lərin fəaliyyətinə görə lisenziya tariflərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır. "Bütün ölkə vətəndaşları qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə belə fəaliyyətlə məşğul ola bilər, lakin taksilər texniki tələblərə cavab verməli və bu avtomobillərdə sayğac olmalıdır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti