...

Prezident Bruney Sultanına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 22 Fevral 2006 19:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 22-də Bruney Dərussalamın sultanı Hacı Həssənal Bolkiaha bu dövlətin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Trend xəbər verir ki, dövlət başçısı məktubda Bruney xalqına əmin-amanlıq və firavanlıq diləyib. Prezident dost ölkələr arasında münasibətlərin, əlaqələrin və əməkdaşlığın inkişafının daim xalqlarımızın mənafeyinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Fevralın 22-də həmçinin dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə və ölkənin ictimai həyatında fəal iştirakına görə Hacıağa Həşim oğlu Sultanov "Şöhrət" ordeni ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti