...

Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 23 Fevral 2006 18:03 (UTC +04:00)

Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Milli Məclis sədrinin birinci müavini, adıçəkilən komissiyanın sədri Ziyafət Əsgərov gündəliklə bağlı məlumat verərək "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanunun tətbiqi və "Hərbi-nəqliyyat vəzifəsi haqqında əsasnamə"Nin təsdiq edilməsi barədə qanunun qüvvəyə minməsi ilə əlaqədar "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" və "Müdafiə haqqında" qanunlara təklif olunan əlavə və dəyişikliklərdən danışıb.

Z.Əsgərov bildirib ki, Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilən layihələrdə, mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlarla yanaşı, yerli özünüidarəetmə orqanlarının da ölkənin müdafiə ehtiyaclarının təmin olunmasına cəlb edilməsi təklif olunur.

Sonra "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Millət vəkilləri bu və ya digər məsələlərə münasibət bildirdikdən sonra layihələrin parlamentin müzakirəsinə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti