...

DAK-ın sədri Azərbaycanın Belçikadakı səfiri ilə görüşüb

Siyasət Materials 24 Fevral 2006 17:51 (UTC +04:00)

Azərbaycanın Belçikadakı səfiri Arif Məmmədov Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti, onun müavini Xəzər Emin və qurum digər üzvləri ilə görüşüb. Trend in məlumatına görə, fevralın 24-də DAK-ın təşəbbüsü və təşkilatçılığı ilə Brüsseldə "Dünya azərbaycanlıları terrora, soyqırıma yox deyir" mövzusunda tədbir keçirilib. Bu məqsədlə Brüsselə gəlmiş DAK-ın rəhbərləri təbirdən əvvəl Azərbaycanın Belçikadakı səfiri ilə görüş keçiriblər.

Arif Məmmədov Azərbaycan səfirliyinin fəaliyyəti, Belçikadakı beynəlxalq təşkilatlarla əlaqələrdən, Avropada güclü olan erməni lobbisinin ölkəmizə qarşı apardığı təbliğatdan danışıb. Səfir Azərbaycan diasporunun təşkilatlanma prosesinə də toxunub.

Söhbət zamanı Belçikadakı Azərbaycan diasporunun daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb, DAK ilə əlaqələrinin möhkəmləndirilməsi, ölkəmizin tarixindən bəhs edən kitabların ingilis və fransız dillərinə tərcümə edilərək Avropada yayılması, DAK-ın təşəbbüsü ilə Belçikada ucaldılacaq abidənin hüquqi cəhətdən həllinin tapılması barədə təkliflər səsləndirilib.

Xəbər lenti

Xəbər lenti