...

"Demokratik Dirçəliş" Gənclər Hərakatı Robert Köçəryanın Beynəlxalq Hərbi Tribunal qarşısında cavab verməsini tələb edir

Siyasət Materials 25 Fevral 2006 13:27 (UTC +04:00)

"Demokratik Dirçəliş" Gənclər Hərakatının Xocalı faciəsinin 14-cü il dönümünə həsr olunmuş toplantısı keçirilib. Trend in məlumatına görə, tədbirdə Ermənistan prezidenti Robert Koçaryan təhlükəli terrorçu, onun rəhbərliyində təmsil olunan dövlət məmurlarını isə Koçaryanın terror təşkilatının üzvləri olduğu bəyan edilib.

Toplantıda bildirilib ki, Robert Koçaryanın Xocalı qırğınlarında iştirakını, bilavasitə bu qırğına rəhbərlik etməsini və bununla qürur duymasını özü etiraf etməklə, XX əsirdə insanlığa qarşı ən dəhşətli faciənin törədilməsində cinayətlərini boynuna alıb. Ona görə də Gənclər Hərəkatı hesab edir ki, dünyanın ən təhlükəli terrorçuları olan Robert Koçaryan və Arkadi Qukasyan barəsində Beynəlxalq axtarış elan olunmalıdır.

Tədbirdə Xocalı soyqırımına dair faktlar bir daha diqqətə çatdırılıb. Qeyd olunub ki, ermənilərin Xocalıda törətdikləri qırğın Milli Məclis tərəfindən soyqırım kimi tanınarsa, bu qırğına rəhbərlik etməsi və Xocalı əhalisinin kütləvi şəkildə qırılmasında şəxsən iştirak etməsi ilə öyünən erməni prezidenti Robert Köçəryan Beynəlxalq Hərbi Tribunal tərəfindən cəzasını ala bilər. Təşkilat Milli Məclisin Xocalıda törədilən cinayətlərə siyasi qiymət verməsini və qətliamı soyqrım kimi tanımasının vacibliyini önə çəkib.

Xəbər lenti

Xəbər lenti