...

Faiq Qarayev: "AzərReyl"in voleybolçularının təcrübəsi kifayət etməyib"

Siyasət Materials 28 Fevral 2006 18:00 (UTC +04:00)
Faiq Qarayev: "AzərReyl"in voleybolçularının təcrübəsi kifayət etməyib"

""AzərReyl" in voleybolçularının "Foppapedretti" udmağa və dörddəbir finala çatmaq üçün təcrübəsi çatmayıb". Bu barədə komandanın baş məşqçisi Faiq Qarayev komandanın Çempionlar liqasında çıxışına həsr olunmuş mətbuat konfransında bildirib.

Trend in məlumatına görə, hakim bildirib ki, Avropa kubokunun ən yaxşı hücumçularından olan Natalya Məmmədova klubun liderinə çevrilib. Lakin F.Qarayev hesab edir ki, hələlik oyunçu öz istedadını tam şəkildə büruzə verə bilməyib və o, gələcəkdə daha yaxşı nəticə göstərməyə qadirdir. "Ola bilər ki, indi Natalyaya Yelena Şabatova və Alla Həsənova kimi təcrübəli oyunçuların dəstəyi çatmır. Buna baxmayaraq, oyunçumuz oyunda əhəmiyyətli irəliləyiş əldə edib", - deyə o qeyd edib.

Mütəxəssis onu da qeyd edib ki, Liqanın dörddəbir ifnalı ərəfəsində komandanın tərkibini gücləndirməyə cəhd etməyəcəyini bildirib və bu zaman yığma ilə qarşıdakı məsuliyyətli görüşü nəzərə çatdırıb. "Biz xaricdən güclü voleybolçuları cəlb edə bilərik, lakin o zaman oyunçularımız öz yarış təcrübələrini itirə bilərlər", - deyə F.Qarayev bildirib. Eyni zamanda, o bildirib ki, qarşıdakı Avropa Kuboku yarışlarında "AzərReyl"in oyunçularına oynamaq asan olmayacaq. Çünki voleybolçular dünya çempionatından sonra çox yorğun olacaqlar.

Xəbər lenti

Xəbər lenti