...

AMİP mart ayında 40 rayon təşkilatında konfrans keçirəcək

Siyasət Materials 1 Mart 2006 14:04 (UTC +04:00)

Trend-i buradan izləyin

Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) mart ayında 40 rayon təşkilatında konfranslarını yekunlaşdırmağı qərara alıb. Bu barədə Trend ə AMİP-in mətbuat katibi Əli Orucov bildirib.

Qeyd edək ki, partiyanın növbəti qurultayına hazırlıqla bağlı rayon təşkilatlarında konfransların keçirilməsinə fevralın 25-dən start verilib. İlk konfrans partiyanın Tərtər rayonu təşkilatında keçirilib.

Ə.Orucov bildirib ki, martın 4-5-də konfranslar qərb bölkəsində yerləşən rayon təşkilatlarında keçiriləcək. Konfransların işində partiyanın katibləri Əli Orucov, Rəşad Bayramov və təftiş və qeydiyyat komissiyasının sədri Nazim Ələsgərov iştirak edəcək. Ə.Orucov onu da bildirib ki, rayon təşkilatlarında konfranslar aprel ayının 10-dək başa çatacaq. Qurultaya hazırlıqla bağlı təşkilat komitəsi yaradıldığını deyən mətbuat katibi təşkilat komitəsinə partiya sədrinin əvəzi Ayaz Rüstəmovun rəhbərlik etdiyini bildirib: "Bundan başqa siyasi sənədlərin, iqtisadi proqramların hazırlanması və ideoloji sahə ilə bağlı daha üç ekspert qrupu təşkil olunub".

Xəbər lenti

Xəbər lenti