...

Gənclər və idman naziri gənc ailələr üçün İpoteka kreditinin faizlərinin aşağı salınmasını təklif edir

Siyasət Materials 1 Mart 2006 15:26 (UTC +04:00)
Gənclər və idman naziri gənc ailələr üçün İpoteka kreditinin faizlərinin aşağı salınmasını təklif edir

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov gənc ailələr üçün İpoteka kreditinin faizlərinin aşağı salınmasını təklif edir. Bu barədə Trend ə nazirin özü məlumat verib.

Nazir hesab edir ki, illik faizlər 9 %-ə qədər olmalı, ilkin ödəmələrin məbləği isə 15-20%-i keçməməlidir.

Onun sözlərinə görə, hələlik gənc ailələrə ipoteka kreditinin verilməsinin şərtlərinin müəyyənləşdiriməsi məsələsi sona qədər həll olunmayıb. Bu günlərdə o, İpoteka fondunun sədri ilə görüşüb və müzakirələr ilk növbədə kreditin ilkin ödənməsi və illik faizləri ətrafında olub. Azad Rəhimov bu iki məsələ ilə bağlı razılığın əldə olunacağına ümidvardır.

Nazirin sözlərinə görə, bu gün artıq Nazirliyə gənc ailələrdən müraciəçtlər daxil olur və onların əksəriyyəti kreditin hazırki şərtlərindən razı deyillər. Nazir həmçinin, bildirib ki, ilk növbədə qəbul olunacağı planlaşdırılan güzəştlər qaçqınları və məcburi köçkünləri əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti