...

Tatarıstanın Azərbaycanda daimi nümayəndəsi təyin edilib

Siyasət Materials 1 Mart 2006 15:45 (UTC +04:00)

Tatarıstan hökuməti Azərbaycanda daimi nümayəndəsini təyin edib. Trend bildirir ki, Tatarıstan Respublikası (TR) prezident Aparatının rəhbəri Yuri Kamaltınovun Kazan Kremlində keçirdiyi müşavirədə bu barədə qərar qəbul edilib. Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi "Tatinvest" holdinq şirkətinin TR nümayəndəliyinin keçmiş rəhbəri Nail Zaripov olub. Bundan başqa, Qazaxıstan, Türkiyə, ABŞ və Kiprdə səlahiyyətli nümayəndələr təyin edilib.

Y.Kamaltınov bəyan edib ki, Tatarıstan nümayəndəliyinin fəaliyyətinin mühüm prioritetləri müxtəlif region və ərazilərlə ticari-iqtisadi əlaqələrin təşkil edilməsi ilə yanaşı həm də yerli tatar diasporları ilə iş olacaq.

Xəbər lenti

Xəbər lenti