...

Göy-göl qoruğundan silah-sursat tapılması ilə əlaqədar təhqiqat aparılır

Siyasət Materials 6 Mart 2006 14:46 (UTC +04:00)

Göygöl qoruğundan silah-sursat tapılması ilə əlaqədar Xanlar rayon Polis Şöbəsində təhqiqat aparılır. Bu barədə Trend ə Xanlar rayon Polis Şöbəsinin rəisi Məhərrəm Quliyev məlumat verib.

Polis rəisinin sözlərinə görə, şöbəyə daxil olmuş anonim zənglə əlaqədar Göygöl qoruğuna gələn əməliyyatçılar ərazidən xeyli silah-sursat aşkar edib. Belə ki, əraziyə keçirilən baxış zamanı 2 ədəd avtomat, 2 ədəd ov tüfəngi, 4 ədəd əl qumbarası, 4500 ədəd avtomat gülləsi,120 ədəd pulemyot gülləsi tapılıb. Polis rəisi qoruqdan tapılmış silah-sursatın 1990-cı illərin əvvəlində Xanlar rayon sakinləri tərəfindən müharibə zonasından gətirilməsi və sonradan həmin ərazyə atılması versiyasını da istisna etmir. Lakin bununla yanaşı digər versiyalar da araşdırılır.

Polis rəisi bildirib ki, tapılmış silahlardan son illər ərzində Xanlar rayonu ərazisində odlu silahla törədilmiş cinayətlərdə istifadə olunub-olunmamasını müəyyən etmək məqsədilə ballistik ekspertiza təyin edilib.

Xəbər lenti

Xəbər lenti