...

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurasının seçki üzrə koordinatorları təlimatlandırılıb

Siyasət Materials 6 Mart 2006 19:27 (UTC +04:00)

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurasının "Bu il 13 mayda keçiriləcək Milli Məclisə təkrar seçkilərdə müstəqil müşahidəçiliyin aparılması və səslərin paralel hesablanması" layihəsi üzrə seçki dairələrindəki əlaqələndiricilərə treninq-seminar keçirilib. Bu barədə Trend ə Əlaqələndirici Məşvərət Şurasından məlumat verilib.

Seminarda layihənin rəhbəri Arzu Abdullayeva, layihənin əlaqələndiricisi Yaşar Cəfərli və digər ekspertlər Şuranın seçki dairələri üzrə koordinatorlarını təlimatlandırıblar. Treynerlər əlaqələndiricilərə ilkin təlimatları izah etməklə yanaşı, onlara müşahidəçilərin yaxın 20 gün müddətində toplanmasını da tapşırıb. Eyni zamanda əlaqələndiricilərə məlumat verilib ki, onlar mütəmadi olaraq dairələrdə baş verə biləcək hadisələr haqqında Məşvərət Şurasına məlumat verməlidirlər. Treninqdə təkrar seçkilərdə əvvəlki seçkilərdə olan çatışmazlıqları aradan qaldırmaq üçün mexanizmlər göstərilib.

Həmçinin Məşvərət Şurasının "Analitik Qrupunun" iclası keçirilib, təkrar seçkilərdə namizədlərin irəli sürülməsi və qeydiyyata alınması mərhələsinin gedişi barədə müzakirələr aparılıb. Qərara alınıb ki, bu barədə aparılan təhlillər Şuranın martın 17-də keçiriləcək mətbuat konfransında açıqlansın.

Xəbər lenti

Xəbər lenti