...

Azərbaycanın baş nazirinin birinci müavini Ukraynada səfərdədir

Siyasət Materials 9 Mart 2006 18:08 (UTC +04:00)

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Anatoli Kinax bildirib ki, Ukrayna Azərbaycanla yanacaq-energetika kompleksində əməkdaşlıq məsələsinə prioritet kimi baxır bu istiqamətdə ikitərəfli dialoqun fəallaşdırılmasında maraqlıdır. MTMŞ-nın mətbuat xidmətindən verilən məlumata görə, bu barədə A.Kinax bu gün Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Abbas Abbasovla görüşü zamanı bəyan edib.

Trend in verdiyi məlumata görə, Ukrayna Azərbaycanın "Odessa-Brodı-Ploük-Qdansk" neft kəməri layihəsinin reallaşdırılmasına cəlb edilməsində maraqlıdır. Eləcə də, Ukraynanın Qara dəniz sahillərindəki infrastrukturun inkişafı üzrə birgə layihələrin reallaşdırılmasının mümkünlüyü barəsində də danışıqlar olub.

Görüş zamanı A.Kinax və A.Abbasov hər iki ölkənin strateji tərəfdaşlığının dərinləşməsində və təkmilləşdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər. MTMŞ-nın katibi eyni zamanda, ikitərəfli mal dövriyyəsinin dinamik artımını qeyd edərək ötən il iki ölkə arasında mal dövriyyəsinin 2004-zcü illə müqayisədə 36,9% artdığını xatırladıb.

A.Abbasov və A.Kinax görüş zamanı Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyasının yeddinci iclasına hazırlıq məsələlərini də müzakirə ediblər. Tərəflərin əmin olduqları kimi, onun keçirilməsi ölkələr arasında ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərini müəyyən etməyə imkan verəcək. Tərəflərin fikrincə, ikitərəfli əməkdaşlıqda energetika və hərbi-texniki kompleks, aviasiya və gəmi tikintisi sahələri, nəqliyyat inforastrukturları, tikinti, kiçik və orta biznes, aqrar-sənaye kompleksi və s. perspektivli hesab edilən sahələrdir.

MTMŞ-nın katibi ilə Azərbaycan Respublikasının baş nazirinin müavinin görüşü zamanı həmçinin, Ukrayna və Azərbaycan Respublikası prezidentlərinin səfərinə hazırlıq və Ukraynanın dövlət başçısının Bakıya səfəri çərçivəsində Ukrayna-Azərbaycan biznes-forumunun keçirilməsinin mümkünlüyü də müzakirə edilib. Bu barədə UNİAN məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti