...

Daxili Qoşunların şəxsi heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Siyasət Materials 10 Mart 2006 14:12 (UTC +04:00)

Martın 10-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandiri Zakir Həsənov başda olmaqla şəxsi heyət Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Trend in xəbərinə görə, bu barədə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Martın 11-də isə Daxili Qoşunların (DQ) 14-cü ildönümü münasibətilə təntənəli tədbir keçiriləcək. Tədbirdə 14 il əvvəl Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin fərmanı ilə yaradılmış DQ-nın ötən müddət ərzində göstərdiyi fəaliyyət tarixinə nəzər salınacaq.

Qeyd edək ki, ötən müddət ərzində DQ-nin hərbi hissələrində peşəkar zabitlərdən ibarət xüsusi təyinatlı dəstələr yaradılıb, onlara yüksək məvacib təyin olunub. Bu müddətdə görülən işlər nəticəsində hərbi hissələrin döyüş hazırlığının təşkili, onların yeni, müasir silah və xüsusi vasitələrlə təchizatı, hərbi hissələrin və xüsusi təyinatlı dəstələrin sosial vəziyyəti ən yüksək həddə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti