...

AB və Azərbaycanın ekspertlərinin növbəti görüşü may ayında Bakıda keçiriləcək

Siyasət Materials 10 Mart 2006 15:49 (UTC +04:00)

Azərbaycan və Avropa Birliyi (AB) arasında Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Fəaliyyət Planı üzrə danışıqların növbəti raundu təqribən may ayında keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyində bildirilib.

Görüşdə ilkin olaraq beş il müddətinə nəzərdə tutulmuş Fəaliyyət Planının son variantının müzakirəsi nəzərdə tutulur. Fəaliyyət Planı siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, mədəniyyət, sosial, hüquqi və digər sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edir. Sənədin layihəsi ilk dəfə dekabrda Bakıda müzakirə edilib, danışıqların ikinci raundu isə martın 7-də Brüsseldə keçirilib.

Plan ekspertlər səviyyəsində bəyənildikdən sonra AB-nin üzvü olan 25 ölkə tərəfindən təsdiq edilməlidir. Sənədin Avropa Birliyi-Azərbaycan əməkdaşlığı Şurasının sentyabrda keçiriləcək iclasında qəbul edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti