...

İsmət Abbasov: "Salyan rayonunda quş qripi ilə mübarizə gücləndirilib"

Siyasət Materials 14 Mart 2006 14:40 (UTC +04:00)
İsmət Abbasov: "Salyan rayonunda quş qripi ilə mübarizə gücləndirilib"

Salyan rayonunun vəfat etmiş 3 sakinində quş qripi virusunun aşkar edilməsi ilə əlaqədar rayonda profilaktik tədbirlər daha da gücləndirilib. Trend in Lider telekanalına istinadən xəbər verdiyi kmi, bu barədə jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.

Onun sözlərinə görə, virus mənbəyindən 3 km-lik radiusda həm köçəri, həm də ev quşları məhv edilir. "Bundan sonra 10 km-lik zona təhlükəli, 15 km-lik zona isə nəzarət altında olan ərazi hesab edilir. Hazırda Salyanda bütün bu tədbirlər həyata keçirilir", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3 nəfərin quş qripi virusundan vəfat etməsi ilə bağlı diaqnozu təsdiqləyib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ÜST mütəxəssislərinin apardığı tədqiqatlar nəticəsində 3 nəfərin quş qripi virusuna yoluxması ilə bağlı ilkin diaqnoz təsdiqlənib.

Salyan rayon sakinləri olan digər 6 xəstədən götürülmüş nümunələrin analizi zamanı virus aşkar olunmayıb.

Xəbər lenti

Xəbər lenti