...

Martın 16-da İrandan Azərbaycana humanitar yardım gətiriləcək

Siyasət Materials 15 Mart 2006 19:46 (UTC +04:00)

İmam Xomeyni adına "İmdad" cəmiyyəti tərəfindən martın 16-da Azərbaycana 130 ton həcmində humanitar yardım gətiriləcək. Bu barədə Trend ə cəmiyyətin Bakı nümayəndəliyində bildirilib.

Yardım 35 min ton bitki yağı, 40 ton makaron, 40 ton düyü, 30 min yuyucu toz və 1 ton dərman preparatlarından ibarətdir. Yardım qaçqın və məcburi köçkünlər, eləcə də aztəminatlı ailələr arasında paylanacaq.

Yardımı gətirəcək 7 yük maşını martın 16-da İran və Azərbaycanın sərhədində yerləşən Astaraya çatacaq. Martın 17-də yardımın qəbulu və paylaşdırılması ilə bağlı rəsmi mərasimin keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti