...

Abid Şərifov: Ermənistan nümayəndələrinin Bakıda ATƏT-in konfransında iştirakı İrəvanla əməkdaşlığın göstəricisi deyil

Siyasət Materials 16 Mart 2006 15:18 (UTC +04:00)

Bakıda ATƏT-in "ATƏT zonasında nəqliyyatın və təhlükəsizliyin artırılması" 14-cü iqtisadi forumuna ikinci hazırlıq konfransının işində Ermənistan nümayəndələrinin iştirakı təcavüzkar ölkə ilə iqtisadi əməkdaşlığın təzahürü deyil.

Trend bildirir ki, martın 16-da Bakıda keçirilən mətbuat konfransında Azərbaycanın baş nazirinin müavini Abid Şərifov bu barədə bəyan edib.

"Tədbiri ATƏT təşkil edib və biz də burada həmin təşkilatın üzvü kimi iştirak edirik"-deyə A.Şərifov qeyd edib və bildirib ki, Azərbaycan və Ermənistan nümayəndələri Bakıda, İrəvanda, yaxud dünyanın digər şəhərlərində keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir. Təcavüzkar ölkə ilə əməkdaşlıqdan söhbət gedə bilməz"-deyə o vurğulayıb. Qeyd edək ki, iki günlük konfransın işində Ermənistanın üç nümayəndəsi iştirak edir.

Onun sözlərinə görə, Bakıda hazırlıq konfransı keçirilməsinin böyük əhəmiyyəti var və bu, Azərbaycanın energetika layihələrinin təhlükəsizliyi məsələlərinə tərəfdar olduğunu göstərir.

"Bakıda ilk dəfə bu səviyyədə konfrans keçirilir, tədbir özü isə ATƏT-in bu ilin mayında Praqada keçirilməsi nəzərdə tutulan 14-cü iqtisadi forumu çərçivəsində üç hazırlıq konfransından biridir"-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti