...

Rauf Arifoğlu: "Qurultayda Müsavat Partiyasında tutduğum postdan istefa verməyim də, qalmağım da mümkündür"

Siyasət Materials 23 Mart 2006 11:49 (UTC +04:00)

"Müsavat Partiyasının qurultayında istefalardan tutmuş yeni təyinatlara qədər hər cür dəyişikliklər ola bilər". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası başqanının müavini Rauf Arifoğlu bildirib. O qeyd edib ki, Müsavat Partiyasının növbəti qurultayı təkrar parlament seçkisindən sonra, may ayının son günlərində keçiriləcək.

Qurultayın gündəliyinə gəldikdə, R.Arifoğlu deyib ki, partiyanın Nizamnamə və proqramlarına dəyişikliklər edilməsi, partiya daxili məsələlərin müzakirəsi, partiya quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi və digər məsələlər daxil ediləcək. Həmçinin, struktur dəyişiklikləri də istisna deyil.

R.Arifoğlu bildirib ki, demokratik düşərgənin fəaliyyəti, həmçinin, Müsavat Partiyasının təkrar parlament seçkisində iştirakının nəticələri də qurultaya öz təsirini göstərəcək: "Problem demokratik düşrgənin problemidir. Bu qüvvələrin seçkiyə yanaşması, həmçinin, müxalifətçilərin təkrar seçkidə iştirakının nəticələri də qurultayda öz rolunu oynayacaq. Mənim mövqeyimə gəldikdə, tutduğum postdan istefa verməyim də, qalmağım da mümkündür. Hər bir qərar mövcud siyasi vəziyyətdən asılı olacaq".

Xəbər lenti

Xəbər lenti