Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov martın 26-29-da Kanada və ABŞ-a səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat mərkəzindən məlumat verilib.
Martın 26-27-də A.Əzimov Kanadanın paytaxtında olacaq və burada hərbi sahədə hərbi-siyasi məsləhətləşmələr aparılacaq.
Martın 28-29-da isə Vaşinqtonda Azərbaycan və Amerika arasında təhlükəsizliyə dair dialoqun aparılması nəzərdə tutulub. Dialoqda Azərbaycan tərəfinə A.Əzimov rəhbərlik edəcək.