...

Milli Məclisin aprelin 4-də keçiriləcək növbəti iclasında 6 sənəd təsdiqlənəcək

Siyasət Materials 27 Mart 2006 13:16 (UTC +04:00)

Milli Məclisin aprelin 4-də keçiriləcək növbəti iclasında 6 sənəd təsdiqlənəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Müzakirəyə çıxarılab təsdiq olunacaq sənədlərə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" konvensiyanın 14 saylı protokolu, Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanstalt für Viederaufbau, Frankfut am Main (KFW) Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə maliyyələşdirmə müqaviləsinin və həmin müqaviləyə dair xüsusi razılaşma, "Veteranlar haqqında" qanuna əlavə və dəyişikliklər, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər, Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"na əlavələr daxildir.

Xəbər lenti

Xəbər lenti