...

Əli Əliyev: AMİP-in Mərkəzi Şurasının iclasında qurultaya hazırlıqla bağlı proqram qəbul olunacaq

Siyasət Materials 27 Mart 2006 16:02 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının iclası aprelin 15-də nəzərdə tutulub. Bu barədə Trend ə AMİP sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, Mərkəzi Şuranın iclasında partiyanın payız aylarına planlaşdırdığı qurultaya hazırlıq məsələləri müzakirə olunacaq: "Məqsədimiz odur ki, iclasda qurultaya hazırlıqla bağlı proqram tərtib edək və bu sənədə əsasən rayon təşkilatlarında konfranslar keçirək". Partiya sədri onu da vurğulayıb ki, bu dəfə "Azadlıq" siyasi bloku Məclisinin keçirilməsində AMİP təşkilatçı olduğundan partiyanın Mərkəzi Şurasının iclası təyin olunan vaxtdan bir qədər gec keçirilə bilər.

AMİP sədri qeyd edib ki, Mərkəzi Şura üzvlərinin ona etdiyi müraciətlər əsasında iclası təxirə salmaq fikrindədir: "Düşünürəm ki, həm blokun məsclisinin, həm də partiyanın Mərkəzi Şurasının bir-birinin ardınca iclaslarının keçirilməsi məqsədəuyğun deyil. Çünki AMİP indiki dönəmdə "Azadlıq" blokunun Məclisinin keçirilməsinə hazırlıq görür". Ə.Əliyev partiyanın qurultayına hazırlıqla bağlı isə bildirib ki, bu iş mütləq başa çatdırılacaq və müvafiq proqram qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti